İndiki zamanın tələbi olaraq bu gün hər bir bankın , şirkətin və digər sektorlarda fəaliyyət göstərən qurumun və ya müəssisənin internet səhifəsinin (sayt) olması vacib şərtdir. Şirkətimizin əsas üstünlüklərindən biri də veb səhifələrin yaradılması, təhlükəsizliyinin təmin edilməsi (audit və yaranmış zəifliklərin aradan qaldırlması) və veb sayta personal kontent menecerin təyin edilməsidir.
Bu gün dünyada ən təhlükəli təhdidlərdən biri DDoS hücumlarıdır. Bəs siz bu hücumlardan qorunduğunuza əminsiniz? Biz sizi DDoS hücumlardan qorumaq üçün daim hazırıq. Çox güclü analiz etmə qabiliyyəti olan Arbor avadanlığı müştəriyə yönələ biləcək DDoS hücumların zərərsizləşdirilməsini təmin edir. Arbor avadanlığı, xüsusilə internet bankinq və ya buna bənzər xidmətlərdə faydalıdır.
Arbor Networks ən tələbkar və mürəkkəb şəbəkələrin DDoS hücumlarından qorunmasını təmin edir. Hücumun növündən asılı olmayaraq (TCP, SYN, və s.), Arbor istifadəçiləri təhlükələri tez bir zamanda müəyyən etmək və aradan qaldırmağa imkan verən təhlükəsizlik həlləri ilə təmin edir. Bu həllər dünyanın ən böyük və ən tələbkar şəbəkə operatorları ilə əməkdaşlıq nəticəsində qurulmuşdur. Və bu Arborun sadəcə bir hücum və ya təhlükənin qarşısını almaq həllərini deyil, həm də bütün şəbəkə üzrə DDoS risklərinin azaldılmasının unikal perspektivini təqdim edir.
İstər daxili şəbəkələrin və sistemlərin qurulması, istər VPN xidməti göstərən ofislər, filiallar və ya ayrılmış şöbələr arasında daxili məlumatların ötürülməsi üçün infrastrukturun yaradılması xidmətini rahatlıqla bizə etibar edə bilərsiniz.
Saytınızın SEO analizinin “Google, Yandex və s. axtarış sistemlərində optimizasiyasının ” aparılması və tətbiqi, kontekst reklamların hazırlanması - axtarış sistemlərində reklam sayəsində şirkətinizin birinci çıxması,vizit kartlarının hazırlanması və s.
Şəbəkələrdə daimi olaraq informasiya sızıntıları baş verir. Biz bunun qarşısını DLP (data loss prevention) proqram təminatları ilə ala bilərik. Banklarda, telekommunikasiyada, maliyyə sahəsində və bütün korporativ sektorda fəaliyyət göstərən şirkətlərin daxildən email, ftp, filehosting və ya hər hansı formada xüsusi informasiya sızmasının qarşısını almaqda istifadə edilən sistemlərə DLP adı verilir.
Azinfosec şirkəti sizin trafikinizi yeni nəsil FIREWALL Palo Alto avadanlıqlarından keçirərək sizə təmiz trafik təklif edir. Palo Alto yeni nəsil korporativ təhlükəsizlik həllərinin qabaqcıl təchizatçısıdır.Palo Alto Networks'un innovativ platformu xidmət təminatçılarına, özəl şirkətlərə və dövlət qurumlarına proqramları təhlükəsiz şəkildə aktivləşdirməklə yanaşı, proqram və istifadəçi trafikinə tam nəzarət və monitorinq etmək imkanı verir. Palo Alto yeni nəsil firewall gələcək təhlükələrdən, hücumlardan qorunma (Wildfire) və son nöqtə təhlükəsizliyi (TRAPS) həlləri ilə istifadəçilərini troyan, rat, ransomware kimi təhlükələrdən qoruyur. Bütün tanınmış və bilinməyən hücumlara qarşı təşkilatların qorunmasını təhlükəsiz şəkildə təşkil edir. Korporativ idarəetmə mərkəzlərindən şöbələrədək, məlumat mərkəzlərindən mobil istifadəçilərədək, bulud informasiya həllərindən şəbəkə infrastrukturuna qədər, bir çox sahədə 16 mindən çox müştəriyə xidmət göstərən Palo Alto Networks dünyada sürətlə böyüməyə dəvam edir. Palo Alto Networks yeni nəsil firewall Gartner və digər müstəqil təşkilatlar tərəfindən korporativ şəbəkə təhlükəsizliyi sahəsində lider olaraq tanınmaqdadır.
Günümüzdə serverlər və kompüterlər bədniyyətli insanların müxtəlif hücumlarına məruz qalır. Bu səbəbdən, daim olaraq Yapon istehsalı olan Trend Micro kimi güclü antivirusların qorumasına ehtiyac yaranır. Bu istiqamətdə bizim xidmətimizə tam güvənə bilərsiniz.
Trend Micro Mərkəzi idarəetmə və update serverinə malik olan çoxfunksionallı antivirus proqram təminatıdır. Avadanlıqların, şəxsi və korporativ məlumatların təhlükəsizliyini təmin etmək, onlayn rejimdə qorumaq və işçilərin səmərəli, maneəsiz işini təmin etmək üçün nəzərdə tutulan ağıllı, sadə və rahat proqram təminatıdır.
Sayt bir dəfə yaradılmaqla işi bitmiş hesab olunmur. Saytın texnologiya olduğunu nəzərə alsaq, onun daim yenilənməyə və nəzarət altında olmasına ehtiyacı olacağına diqqət yetirmək lazımdır. Saytın audit olunması, proqram təminatında yaranmış boşluqların aradan qaldırılması, proqram təminatının yeni üst versiyalara qədər yenilənməsi və s. kimi xidmətlər Azinfosec şirkəti tərərfindən həyata keçirilir.
SMM xidmətləri də fəaliyyət dairəmizə aitdir. Belə ki, sizin üçün reklam çarxlarının hazırlanması, reklam kampaniyalarının keçirilməsi və s. kimi xidmətləri həyata keçirə bilərik.